İltihabi bağırsaq xəstəlikləri: Xoralı kolit və Kron xəstəliyi
Updated: Aug 11, 2022
Xoralı kolit- yoğun bağırsağın iltihabi xəstəliyidir. Xroniki olub illərlə davam edə bilən xəstəlikdir, səbəbi elmə məlum deyil. Bağırsaq divarı iltahblıyaraq, üzərində yaralar əmələ gəlir. Bu xəstələr tez-tez sulu və selikli, qanlı ishaldan (qarıngetmə), qarında ağrı, köp, yalançı tualet çağrışlarından əziyyət çəkirlər. Tam müalicəsi mümükün olmasada müasir dərmanlar ilə xəstəliyi tənzimləmək, bağırsağı sağaltmaq mümkündür, buna Remissiya əldə olunmasl deyilir. Bu xəstələr illərlər dərman içməyə məcbur olur.
Kron- daha ağressiv bir xəstəlik olub, ağızdan anusa qədər yaralar əmələ gətirə bilir. Daha çox nazik bağırsağı tutur. Bu xəstəlik daha çətin müalic olunandır, daha çox ağırlaşamalara səbəb olur- bağırsaq daralması, deşilməsi, keçməzlik və.s Xəstələr qarın ağrısı, ishal, temperatur yüksəlməsi, çəki itirilməsi kimi şikayətləri olur. Müasir bioloji dərmanlar ilə Remissiya almaq mümkündür.
コメント