top of page
Search
Writer's pictureEmin Mammadov

Kolon (yoğun bağırsaq) polipləri

Kolon (yoğun bağırsaq) polipi nədir?


Kolon polipi, yoğun bağırsağın daxili selikli qişasında kiçik bir böyümədir (ziyilə bənzər törəmə), bəziləri xərçəngə çevrilmə qabiliyyətinə malikdir. Poliplər kolon boyunca səpələnmiş ola bilər və ölçüləri bir neçə millimetrdən bir neçə santimetrə qədər dəyişə bilir. Poliplər yastı və ya sətdən qalxan sesil bir görünüşə sahib ola bilər. Böyüdükdə onlar kiçik tumurcuqlara (sessil adlanır) bənzəyir və ya hətta göbələyə nənzər ayaqcıqlı.


Kolon polipləri niyə vacib mövzudur?


Məlumdur ki, kolon xərçənginin əksəriyyəti kolon poliplərindən yaranır. Kolonoskopiya zamanı kolon poliplərini müəyyən etmək və aradan qaldırmaqla onların xərçəngə çevrilməsinin qarşısını ala və nəticədə həyatını xilas edə bilərik.

Bütün poliplər təhlükəlidir?


Poliplərin böyük əksəriyyəti xərçəngə səbəb olmur. Xərçəngə çevrilmə potensialı olmayan poliplərə kiçik hiperplastik poliplər daxildir. Xərçəngə çevrilə bilən xərçəng öncəsi polip adenoma adlanır. Kolorektal poliplərin ən çox yayılmış iki növü hiperplastik poliplər və adenomalardır. Adətən, adenomanın ölçüsü nə qədər böyükdürsə, polipdə xərçəng və ya xərçəngdən əvvəlki hüceyrələrin olma ehtimalı bir o qədər yüksəkdir. Polipin təbiətini dəqiq müəyyən etmək çətin olduğundan, kolonoskopiya zamanı aşkar edilən poliplər çıxarılır və mikroskopik analiz üçün laboratoriyaya göndərilir.

Kolon polipinin xərçəngə çevrilməsi üçün nə qədər vaxt lazımdır?


Mövcud nəzəriyyələr kiçik bir adenomanın xərçəngə çevrilməsinin təxminən 10 il çəkəcəyini təklif edir. Buna görə kolonoskopiya üçün standart interval 10 ildir. Bununla belə, vaxt intervalı kolon xərçənginin irsi forması (məsələn, ailəvi adenomatoz polipoz və ya irsi polipozis olmayan kolorektal xərçəng) və ya iltihablı bağırsaq xəstəliyi olan xəstələr üçün daha qısa ola bilər. Tövsiyə olunan intervallar ümumi qaydalardır və hər xəstəyə aid olmaya bilər.

Kolon polipinin olub olmadığını necə müəyyən edə bilərəm? Hər hansı bir simptom varmı?


Əksər poliplər heç bir əlamət vermir, buna görə də müayinə kolonoskopiya çox vacibdir. Nadir hallarda bir polip qanama verərsə nəcisdə qanın görünməsinə səbəb ola bilər. Bəzən qan yalnız həkimin nəcis nümunəsində gizli qan testlərlə aşkar edilə bilər. Nadir hallarda, poliplər bağırsaq vərdişlərinin dəyişməsinə səbəb ola bilər; polip və ya xərçəng çox böyükdürsə, bu, qəbizliyə və ya diareyə səbəb ola bilər.


Kolon poliplərinin yaranmasına nə səbəb olur?


Poliplərin əmələ gəlməsinə səbəb olan ətraf mühit və irsi amillərin rolu vardır. Siqaret çəkmək, piylənmə, alkoqol qəbulu, yüksək yağlı pəhriz yemək, qırmızı ət istehlakı və az lif qəbulu polip əmələ gəlməsi riski ilə əlaqələndirilir. Siqaret çəkənlər üçün kolorektal polip və xərçəng riskinin artması siqareti dayandırdıqdan sonra ən azı 10 il davam edir. Kolon polipləri və xərçənglə əlaqəli olan genetik xəsətliklər mövcuddur.

Kolon polipləri üçün kimlər yoxlanılmalıdır?


Kolorektal xərçəngə tutulma riski orta səviyyədə olan həm kişilər, həm də qadınlar 50 yaşında kolon poliplərinin müayinəsinə başlamalıdırlar. Amerika Qastroenterologiya Kollecinin son tədqiqatları 45 yaşından başlamağı tövsiyə edir.. Ailənizdə kolorektal poliplər və ya xərçənglər və ya iltihablı bağırsaq xəstəliyi kimi problemlər varsa, daha erkən yaşda və ya daha tez-tez müayinə tələb oluna bilər. Ailələrdə rast gəlinən nadir irsi kolon xərçəngi sindromları var, burada kolonoskopiya daha gənc yaşda tövsiyə olunur və tez-tez təkrarlanır.

Ailə üzvümdə kolon polipləri varsa, bu mənim də olacağım deməkdir?



Birinci dərəcəli qohumlardan birində (valideyn, qardaş, uşaq) 60 yaşdan kiçik olduqda kolon polipləri və ya kolon xərçəngi diaqnozu qoyulduqda, kolon poliplərinin inkişaf riski, digərləri ilə müqayisədə ikiqat artır. Buna görə də, əgər atanız, ananız, qardaşınız və ya bacınız 60 yaşından əvvəl inkişaf etmiş adenoma polipi və ya xərçəngi aşkarlanmışsa, siz 40 yaşında və ya onların diaqnozundan 10 il əvvəl, kolonoskopiya müayinəsinə başlamalısınız. Polip və ya kolon xərçəngi olan iki birinci dərəcəli qohumunuz varsa, riskiniz daha da yüksəkdir. Həkiminiz çox güman ki, şəxsi ailə tarixinizə əsasən daha gənc yaşda və daha tez-tez kolonoskopiya etmək təklif edə bilər.

Kolon yoxlanılmasında əvvəl hansı hazırlıq tələb olunur?


Kolonoskopiya üçün bağırsaq təmizliyi çox önəmlidir. Kolon poliplərin və xərçəngini aşkar etmək qabiliyyəti bağırsaq təmiz olduqca daha da artır. Buna görə də, xüsusi preparatı müayinədən bir gün öncə bağırsaqalrı təmizləmək üçün həkimin göstərişlərinə uyğun qəbul etməyiniz çox vacibdir. Bu, həkiminizin size daha rahat və dəqiq müayinə etməyi üçün mütləqdir.

Kolon poliplərinin müalicəsi nədir?


Kolon poliplərinin ən yaxşı müalicəsi polipektomiyadır (kolonoskopiya zamanı polipin kolonoskop ilə ağrısız çıxarılması).


Kolon polipləri çıxarıldıqdan sonra təkrar yarana bilərmi?


Poliplər tamamilə çıxarılsa, həmin yerdən yenidən yarana bilməz. Bir adamda adenomatoz polip olduqda, üç il ərzində poliplərin təkrarlanma riski 30-40% təşkil edir. Polipi olan şəxslərdə yeni poliplərin əmələ gəlmə ehtimalı daha yüksək olduğundan, nəzarət kolonoskopiyası tövsiyə olunur.

Kolon poliplərinin yaranmasının qarşısını almaq üçün nə edə bilərəm?


Hal-hazırda heç kim kolon poliplərinin necə qarşısını alacağını bilmir. Sağlam həyat tərzinə riayət etmək, siqaretdən və həddindən artıq alkoqoldan uzaq durmaq, qırmızı ət istehlakını məhdudlaşdırmaq, bol tərəvəz və kalsiumla zəngin qidaları diyetinizə daxil etmək, fiziki fəaliyyət və sağlam çəki saxlamaq polip yaranma ehtimalını azalda bilir. Gündəlik aspirin və ya hətta kalsium əlavəsinin də polipdən qoruyucu ola biləcəyini göstərən bəzi tədqiqatlar var. Bununla belə, əgər siz aspirin dərmanı qəbul etməyi və ya şəxsi sağlamlığınız üçün artan risklərin olmadığına əmin olmaq üçün kalsium qəbulunuzu artırmağı planlaşdırırsınızsa, həmişə həkiminizlə məsləhətləşməlisiniz.

Heç bir şey kolon xərçənginin qarşısının alınmasına tam zəmanət verə bilməz, lakin kolonoskopiya ilə skrininq ən yaxşı seçimdir! Bunun üçün 45 yaşına çatmısınızsa hər 10ildə bir dəfə kolonoskopiya müayinəsi olunun!
202 views0 comments

Recent Posts

See All

Comments


Post: Blog2_Post
bottom of page