top of page
Search
Writer's pictureEmin Mammadov

Hepatit B və C xəstəliyi

Updated: Aug 12, 2022


Qaraciyərin virus xəstəliyidir. Əsasən qan vasitəsi ilə keçir. Normal cinsi əlaqə ilə keçmə şansı azdır. Qaraciyərdə uzun müddətli zədələnmə ilə gedərək, qaraciyərin bərkiməsi Fibroz, qaraciyərin funksiyalarının itməsi Sirroza səbəb olur. Qaraciyər bədnimizdə yüzlərlə vacib işləri yerinə yetirən orqandır, bədənin filtri hesab olunur.

Hepatit B, bu virusa yoluxmamaq mümkündür yetər ki, 3 doza vaksin olunsun. Ölkəmizdə bütün yeni doğulan uşaqlar HBV vaksini almış olur. Dünyada bu xəstəliyin tam müalicəsi mümkün deyil, 90% yoluxmuş şəxslər xronik inaktiv daşıyıcı olur, yəni virus qaraciyəri zədələmir. Digər hallarda ciddi qaraciyər zədələnməsinə və xərçənginə səbəb olur. Hepatit B virusu aktivləşərsə mövcud olan müasir dərmanlar ilə virusun artıb çoxalmasını və qaraciyəri zədələməsini durdurmaq (prosesi dondurmaq) mümkündür.

Hepatit C, tam müalicə olunan bir virusdur. 3 və ya 6 ay müddətində bu virusu qaraciyərdən tam təmizləmək mümkündür. HCV (hepatit c) daşıyıcılıq olmaz, əgər aşkarlanarsa mütləq müalicə olunmalıdır, gözləmədən. Çünki qaraciyərin zədələnməsi sadəcə zaman məsələsidir.



4 views0 comments

Recent Posts

See All

Comentários


Post: Blog2_Post
bottom of page